ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllində böyük maneə ilə üzləşəcək. ABŞ dövlət katibinin keçmiş müavini Stiven Biqun bu barədə siyasətçiyə xəbərdarlıq edib.
Tezadlar.az xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) məlumat yayıb.
“Biz danışıqların nisbətən tezliklə, Trampın vəzifədə olduğu yeni ildə başlayacağını gözləyirik. Yeni prezidentin qarşılaşacağı bir böyük maneə olacaq və o da odur ki, hazırda heç birimiz Rusiyanın danışıqlara hazır olduğunu hiss etmirik”, - o deyib.
Onun sözlərinə görə, seçilmiş Amerika lideri Rusiyanı onun maraqlarının danışıqlar masası arxasında daha yaxşı müdafiə olunduğuna inandırmalı olacaq.
Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov telefonla ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin (QQK) sədri Çarlz Braun ilə Ukraynadakı münaqişəni müzakirə edib. Söhbətin noyabrın 27-də baş verdiyi qeyd edilir. QQK rəsmisi Ceril Dorsi qeyd edib ki, söhbət Gerasimovun xahişi ilə əvvəllər rəsmi olaraq xəbər verilməyib.
E.ŞİRİNOV