Moskvada məhkəmə qondarma “Rusiya Könüllülər Korpusu”nun (RKK - terror təşkilatı kimi tanınıb və Rusiyada qadağan olunub) lideri Denis Kapustinin anasının vəfat etmiş ərinin hesablarında olan pulları idarə etmək hüququnu tanıyıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır.
Agentlik məbləği açıqlamasa da, qeyd edir ki, qadın əvvəllər ərinin pulunun miras yolu ilə ona keçməsi üçün məhkəməyə müraciət edib.
“Vəsaitlərə mülkiyyət hüququnun vərəsəlik yolu ilə tanınması ilə bağlı iddialar... təmin ediləcək”, - məhkəmə sənədində deyilir.
Vurğulanır ki, Kapustin özü vərəsəlik hüququna girmək istəyini bəyan etməyib. Bundan əvvəl məhkəmə onu Moskvadakı mənzil hüququndan məhrum edib.
Xatırladaq ki, Denis Kapustin Ukrayna Silahlı Qüvvələrinin Beynəlxalq Legionunun tərkibinə daxil olan “Rusiya Könüllülər Korpusu”nun təsisçisi hesab olunur. Müstəntiqlər hesab edir ki, ötən ilin yazında Ukrayna diversantlarının Bryansk vilayətinin iki kəndinə hücumunu məhz o təşkil edib.
Noyabrın ortalarında məhkəmə Kapustini qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib.
E.ŞİRİNOV