Suriyanın qərbində yerləşən Həma əyalətində Suriya silahlı qüvvələrinin bölmələri ilə davam edən toqquşmalar nəticəsində silahlı terror qruplaşmaları canlı qüvvə və texnikada ağır itkilər verir.

Tezadlar.az xəbər verir ki, Ərəb Respublikasının Müdafiə Nazirliyinin məlumatına görə, onlarla yaraqlı məhv edilib.

“Həmada fəaliyyət göstərən qüvvələrimiz canlı qüvvə və texnikada ağır itki verən silahlı terror təşkilatları ilə şiddətli döyüşlər aparır”, - mətndə deyilir.

Müdafiə Nazirliyi bildirib ki, Suriya aviasiyasının Rusiya Federasiyasının dəstəyi ilə terrorçu qruplaşma və karvanlara endirdiyi artilleriya, raket və hava zərbələri nəticəsində “onlarla insan ölüb və yaralanıb, silahlarının əksəriyyəti və avadanlıqlar məhv edilib”.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN