Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi YAŞAT Fondu və Bakı Konqres Mərkəzinin dəstəyi ilə “Hərə bir qəhrəman oldu” adlı tədbir həyata keçirib.

Fonddan əldə etdiyimiz məlumata görə, tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, DOST Agentliyinin sədri Fərid Məmmədov, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov və digər rəsmilər iştirak ediblər.

Qeyd olunub ki, tədbir Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar təşkil olunub.

Bərabərlərin dəstəyi xarakteri daşıyan tədbir I Qarabağ müharibəsi şəhidlərinin müxtəlif sahələrdə uğur qazanmış övladlarının II Qarabağ müharibəsi şəhidlərinin yeniyetmə övladları ilə görüşünü təşkil etmək, onlara mənəvi dəstək olmaları məqsədi daşıyıb.

Tədbirin davamında I Qarabağ müharibəsi şəhidlərinin övladları II Qarabağ müharibəsi şəhidlərinin yeniyetmə övladları qarşısında çıxış edərək, onlara öz uğur hekayələri barədə danışıblar.

Qeyd edək ki, layihənin sonrakı mərhələsində Vətən müharibəsi şəhidlərinin övladları üçün təlimlərin təşkili, onlara peşə və karyera seçimlərində istiqamət verilməsi istiqamətində işlər həyata keçiriləcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN