Kurqanda uşaq bağça binasının ikinci mərtəbəsinin pəncərəsindən yıxılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə dekabrın 6-da vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Mətbuatda yayılan məlumata görə, Zaozernı mikrorayonunda 5 yaşlı qız məktəbəqədər təhsil müəssisəsinin ikinci mərtəbəsinin pəncərəsindən yıxılıb”, - məlumatda deyilir.

Kurqan vilayətinin prokuroru Vladislav Moskovskix hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmanın təşkili barədə göstəriş verib.

Şöbənin əməkdaşları uşaq bağçasında təhlükəsizlik tələblərinə əməl olunmasını yoxlayacaq və uşaqlara qulluq edən şəxslərin hərəkətlərini qiymətləndirəcəklər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN