Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin maarifləndirici materialları Azərbaycan Dəmir Yollarına məxsus monitorlarda nümayiş etdirilib.

Qurumun mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan “Ailə kiçik dövlətdir”, “Gender bərabərliyi ana bətnindən başlayır”, “Məişət zorakılığına YOX de”, “Reproduktiv sağlamlığını qoru”, “Uşaq evliliyinə YOX de” adlı 5 elektron poster və “Çinartək qollarına sığındığımız böyük ailəmiz”, “Ekoloji düşüncə ailədən başlayır”, “Övladlarımız həyatımızın ən böyük layihəsidir”, “Genofondumuzu qoruyaq” mövzusunda maarifləndirici sosial çarxların əhali arasında geniş yayılması məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus monitorlarda mütəmadi olaraq yayımlanması təmin edilmişdir.

R.XUDATQIZI

ai-qad-p-11-3

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN