Ukrayna prezidenti Vladimir Zelenski Amerikanın CBN telekanalına müsahibəsində deyib ki, Kiyev ABŞ və tərəfdaşlarının hələlik ölkəni NATO-ya qəbul edə bilməyəcəyini başa düşür.

“Dəvət ilk addımdır. Bu hələ NATO deyil, amma oraya gedən yol budur. Bu dürüst münasibətdir, dürüst cavabdır. Biz başa düşürük ki, ABŞ və digər tərəfdaşlar Ukraynanı NATO-ya qəbul edə bilməz”, - Zelenski paylaşıb.

Bundan əvvəl vətənə xəyanət ittihamı ilə həbs edilən Rada deputatı Aleksandr Dubinski bildirib ki, Kiyev Ukrayna Silahlı Qüvvələrində səfərbərlik yaşını aşağı salacağı təqdirdə ABŞ-ın hazırkı prezidenti Co Bayden Ukraynanı NATO-ya dəvət edə bilər.

Onun sözlərinə görə, ABŞ-ın indiki administrasiyası “gəncləri ətçəkən maşına ata bilər” ki, yeni seçilmiş prezident Donald Tramp münaqişəni dayandıra, audit apara və Demokratlar Partiyasının Ukrayna ilə bağlı oğurluqlarını müəyyən edə bilməsin.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN