Rusiya prezidenti Vladimir Putinlə Macarıstanın baş naziri Viktor Orban arasında telefon danışığı olub.

Tezadlar.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

“Ukrayna məsələlərinə dair hərtərəfli fikir mübadiləsi aparılıb”, - bəyanatda deyilir.

Macarıstanın baş naziri bir sıra Qərb liderləri ilə təmaslarını nəzərə alaraq böhranın siyasi və diplomatik yolla həlli yollarının birgə axtarışına yardım etməkdə maraqlı olduğunu bildirib.

Putin vəziyyətin inkişafı və Kiyev rejiminin hələ də sülh yolu ilə nizamlanma imkanlarını istisna edən dağıdıcı xətti ilə bağlı öz qiymətləndirməsini açıqlayıb.

Qeyd edək ki, söhbət Orbanın təşəbbüsü ilə baş tutub.

Macarıstanın baş naziri bundan əvvəl Avropanın mərkəzində genişmiqyaslı münaqişənin əsas günahkarının ABŞ olduğunu bildirmişdi.

O qeyd edib ki, döyüşlər Avrasiya məkanında qüvvələr balansını kəskin şəkildə dəyişib: Rusiya iqtisadi və siyasi baxımdan nəzərəçarpacaq dərəcədə gücləndi, Ukrayna və onu dəstəkləyən Avropa isə ABŞ-ın sifarişi ilə öz texnika və sursatlarını Kiyevə verərək, xüsusilə də hərbi cəhətdən xeyli zəiflədi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN