Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən regionlarda təşkil edilən “Sevginin yaşadığı ev” mövzusunda təlimlər ailə daxilində sağlam münasibətlərin qurulması, gənclərin ailə həyatına psixoloji hazırlanması məqsədilə keçirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, İsmayıllı, Qəbələ, Zaqatala, Göygöl, Goranboy rayonlarında baş tutan təlimlərdə ailə həyatına psixoloji hazırlığın önəmi, ailədaxili münasibətlərin möhkəmləndirilməsi yolları, düzgün ünsiyyətin əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, cütlüklərarası münasibətlərdə yaranan mübahisələrin səbəbləri müzakirə edilib və məişət qayğıları, büdcənin idarə olunması, asudə vaxtın təşkili, valideynlərin uşaqların tərbiyəsində rolu kimi məsələlərə toxunulub.

Konfliktlər zamanı tərəflərin davranış formaları, konfliktlərin profilaktikası zamanı diqqət yetirilməli məqamlar, cütlüklərarası münasibətlərin keyfiyyətinin artırılması üçün vacib olan şərtlər barədə psixoloq tərəfindən ətraflı məlumat verilib.

İnteraktiv və qrup işi şəklində davam edən təlimlərin yekununda iştirakçılara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, psixoloji təlimlər digər rayonlarda da davam etməkdədir.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN