Dekabrın 14-də Gürcüstanın yeni prezidenti seçiləcək Mixail Kavelaşvili Salome Zurabişvili kimi xarici təsirlərə məruz qalmayacaq.

Tezadlar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

“Mixail Kavelaşvili elə bir insandır ki, onun vətənpərvərliyinə dair bir sual da yoxdur. Müasir dünyada bu, xüsusilə vacibdir. Bizim kimi kiçik və region ətrafında mövcud olan münaqişələr baxımından müdafiəsiz bir ölkə üçün heç bir xarici qüvvənin təsiri altına düşməyən prezidentin olması vacibdir. Biz bunu birbaşa xaricdən idarə olunan xanım Salome Zurabişvilinin işində görürük”, - Papuaşvili deyib.

Papuaşvilinin sözlərinə görə, dekabrın 29-da keçiriləcək inauqurasiyadan sonra Gürcüstanın prezidenti olacaq ki, onun üçün vətən, xalq və konstitusiyaya əməl olunması ən vacib olacaq.

Dekabrın 14-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. İlk dəfə olaraq yeni prezident ölkə vətəndaşları əvəzinə seçicilər kollegiyası tərəfindən seçiləcək. Yeganə namizəd hakim “Gürcü arzusu” – Demokratik Gürcüstan partiyasının nümayəndəsi, keçmiş deputat və keçmiş futbolçu Mixail Kavelaşvilidir. İnauqurasiya dekabrın 29-da baş tutacaq.

Hazırkı prezident Zurabişvili son bir neçə ildə hakim partiya ilə açıq qarşıdurmadadır. 2023-cü ildə “Gürcü arzusu” hökumətlə razılaşdırılmayan xarici səfərlərə görə onu impiçment etməyə çalışıb. Konstitusiya Məhkəməsinin prezidentin fundamental qanunu pozduğuna dair müsbət qərarına baxmayaraq, hakim partiyanın Zurabişvilini vəzifədən kənarlaşdırmaq üçün parlamentdə kifayət qədər səs toplaya bilmədiyi üçün impiçment baş tutmayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

Azərbaycan üzgüçüləri Açıq Estoniya Qış çempionatı
Azərbaycan Texniki Universitetinin İdman Sarayında
İlin ən yaxşı futbolçusu “Real Madrid”in braziliya
Azərbaycan Respublikasının gənclər və idman naziri
30 noyabr – 2 dekabr 2024-cü il tarixlərində Rusiy
Username *
Password *
Remember Me