"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ətraf mühitin qorunması və ekoloji maarifləndirmənin aparılması məqsədilə debat turnirləri keçirilib.
Tezadlar.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İB-in və ali təhsil müəssisələrinin debat klublarının təşkilatçılığı ilə baş tutan debatlarda 15-dən çox ali təhsil müəssisəsindən ümumilikdə 1500 gənc iştirak edib.
Tədbirdə iqlim dəyişikliyinə qarşı mübarizə, dayanıqlı enerji mənbələri, onların ekoloji və iqtisadi tərəfləri, ətraf mühitin qorunmasında texnologiyanın təsiri və yaşıl məkanların artırılmasının vacibliyi kimi mövzular müzakirə edilib. Həmçinin, gənc debatçılar üçün COP29 Gənclər Evi pavilyonunda da ingilis dilində ətraf mühit mövzusunda debatlar təşkil edilib.
Qeyd edək ki, “Yaşıl dünya üçün müzakirə platforması” çərçivəsində dekabrın 14-15-də Bakı, Gəncə, Naxçıvan gəncləri üçün debat forumları təşkil olunacaq.
R.XUDATQIZI