Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili ölkədə keçirilən prezident seçkilərini ilk dəfə şərh edib.

Tezadlar.az xəbər verir ki, onun sözlərini ura.ru yayıb.

“Heç nə yoxdur. Heç kim heç kimi seçməyib. Heç nə olmadı", - o, Tbilisinin mərkəzində etirazçılar qarşısında çıxış edərkən deyib.

Zurabişvili səsvermənin legitimliyini tanımaqdan imtina edənlərə də minnətdarlığını bildirib.

Bundan əvvəl Zurabişvili Tbilisinin Rustaveli prospektində etirazçıların toplaşdığı parlament binasının yanından piyada keçib.

Dekabrın 14-də Gürcüstanda yeni sistemlə prezident seçkiləri keçirildi: ilk dəfə olaraq dövlət başçısını vətəndaşlar deyil, 300 nəfərdən ibarət seçicilər kollegiyası - ölkə parlamentinin, muxtar respublikaların deputatları və yerli məsləhət orqanları seçdi. Seçkilərin qalibi “Gürcü Arzusu” partiyasının namizədi Mixail Kavelaşvili olub.

Bir gün əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili prezidentlik müddəti başa çatdıqdan sonra prezident sarayını tərk etməyi planlaşdırmadığını, çünki qarşıdan gələn seçkiləri legitim hesab etmədiyini bildirib.

Kavelaşvili keçmiş futbolçudur, o, Tbilisi “Dinamo”, “Mançester Siti”də çıxış edib, “Alaniya Vladiqafqaz”la Rusiya çempionu olub. 2016-cı ildən deputatdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN