Dnepropetrovskın (Dnepr) mərkəzində baş verən partlayışdan sonra 3 nəfər həlak olub, polis və hərbçilər ağır yaralanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edək ki, Dnepr şəhərində regional ticarət mərkəzinin yaxınlığında partlayış baş verib.
““Strana” mənbələrinin məlumatına görə, Dneprdə törədilən terror aktı nəticəsində artıq 3 nəfər ölüb. Onların arasında hərbçi də var. Yaralılar arasında polis və hərbçilər də var”, - nəşr yazır.
Bundan əvvəl Rada deputatlarından biri bildirib ki, şəhərdə “terror aktı baş verib” və bu, “kimlərinsə itkin düşdüyü müharibənin təzahürləridir”. O, həlak olanların adlarını açıqlamayıb.
“MK” nəşri yazır ki, “Zelenskinin komandasından olan siyasətçinin olduğu avtomobil partladılıb”.
E.ŞİRİNOV