Suriya Mərkəzi Bankı 2018 və 2019-cu illərdə Moskvaya iki ton nağd dollar və avro göndərib.

Tezadlar.az bildirir ki, bu barədə “Financial Times” “korporativ qeydlərə” istinadən xəbər verir.

“FT”-nin məlumatına görə, Rusiyaya bir neçə təyyarə ilə təxminən 250 milyon dollar ekvivalenti daşınıb. Məqalədə yükün 100 dollarlıq əskinas və 500 avroluq əskinaslardan ibarət olduğu və daha sonra Rusiya banklarına yatırıldığı iddia edilir.

“Financial Times”-ın qeyd edib ki, qeyri-adi köçürmələr Qərbin sanksiyaları Dəməşqi maliyyə sistemindən kənarlaşdırmağa məcbur etdiyi üçün Rusiyanın Suriya nağd pulu üçün ən vacib istiqamətlərdən birinə çevrildiyini göstərir. Məqalədə həmçinin qeyd olunur ki, Əsəd “Kremlə borclu idi” və onun qohumları Rusiyada aktivlər alırdılar.

Suriya mərkəzi bankının məlumatları ilə tanış olan “FT” mənbəsi bildirib ki, 2018-ci ilə qədər ölkənin valyuta ehtiyatları “demək olar ki, sıfıra bərabərdir”. Lakin sanksiyalara görə Suriya tənzimləyicisi ödənişləri nağd şəkildə həyata keçirməli olub, - o qeyd edib. Qəzetin həmsöhbəti iddia edir ki, bank Rusiyadan buğda alıb, Suriya əskinaslarının Rusiya Federasiyasında çapı və “müdafiə xərclərini” ödəyib.

Bundan əvvəl silahlı müxalifət Dəməşqə daxil olaraq hakimiyyəti ələ keçirdiklərini bəyan etmişdi. Rusiya Bəşər Əsəd və ailəsinə siyasi sığınacaq vermək qərarına gəlib. Rusiya Xarici İşlər Nazirliyi aydınlaşdırıb ki, Əsədin müxalifətlə danışıqları nəticəsində o, prezident postunu tərk etmək qərarına gəlib və “hakimiyyətin təhvil-təsliminin sülh yolu ilə həyata keçirilməsi üçün göstərişlər verərək” ölkəni tərk edib.

Suriya müxalifəti Məhəmməd əl-Bəşirə yeni keçid hökumətini qurmağı tapşırıb. 2024-cü ilin yanvarında əl-Bəşir İdlibdə yaradılmış Suriya Xilas Hökumətinin başçısı təyin edilib. Bundan əvvəl o, eyni strukturda İnkişaf və Humanitar məsələlər naziri olub. KİV-in məlumatına görə, Əl-Bəşir “Türkiyə ilə əlaqə saxlayır”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN