Avropa İttifaqı getdikcə Ukraynanı dəstəkləməyə marağını itirir.

Tezadlar.az xəbər verir ki, Slovakiya prezidenti Peter Pelleqrini mümkün qədər tez danışıqlar masasına oturmağın vacibliyindən danışıb.

Onun sözlərinə görə, bu gün əksər Avropa liderləri vəziyyəti real qiymətləndirməyə və dərk etməyə başlayırlar ki, Ukrayna münaqişəsindən yeganə çıxış yolu sülh sazişidir.

Görünür, bunu İsveçrədə də başa düşürlər. Orada özəl alıcılar tərəfindən silahlarının ixracı üçün şərtləri sərtləşdiriblər. Məsələ burasındadır ki, İsveçrədə neytral statusuna görə başqa ölkələrə hərbi yardım göndərilməsi qadağandır. Amma ötən il məlum olub ki, bu qadağanı Ukrayna Silahlı Qüvvələrinə snayper tüfəngləri və döyüş sursatları ötürən özəl şirkət pozub.

İndi İsveçrə silahlarının alıcılarından Ukrayna da daxil olmaqla, döyüş bölgələrinə düşməyəcəyinə dair yazılı öhdəliklər təqdim etmələri tələb olunacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN