QR maliyyə nazirinin müavini Erjan Birjanov 2024-cü il dekabrın 17-də hökumətdə keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin cərimələrini artırmaqla büdcə vəsaitlərinin artırılmasının nəzərdə tutulub-tutulmaması ilə bağlı cavab verib.
"Büdcənin cərimələr hesabına doldurulması nəzərdə tutulmur".
TEZADLAR.AZ bu barədə zakon.kz saytına istinadən xəbər verir.
Birjanovun sözlərinə görə, 2024-cü ilin 11 ayı ərzində büdcəyə cərimələr şəklində 217 milyard tenge daxil olub.
“Bunun təxminən 42 milyard tengesi respublika büdcəsinə, 159,5 milyard tenge yerli büdcələrə, həmçinin 15,3 milyard tenge Milli Fonda gedir. Demək istərdim ki, daxili işlər orqanları tərəfindən tətbiq edilən inzibati cərimələrin payı demək olar ki, 56 faizdir. Bütün cərimələrdən 121,4 milyard tenge Daxili İşlər Nazirliyinin cərimələridir”, - Birjanov bildirib.
O, vurğulayıb ki, cərimə sanksiyaları planlaşdırılmır.
Daha əvvəl 2025-ci il yanvarın 1-dən cərimələrin artacağı bildirilirdi.
Qeyd edək ki, Azərbaycanın 2025-ci ilin büdcəsinə dövlət qurumlarının xətti ilə 840 milyon manatın daxil olması proqnozlaşdırılıb.
Maliyyə naziri Samir Şərifovun sözlərin görə, vəsaitlərin əksər hissəsini cərimələrdən əldə olunan vəsait təşkil edəcək.
JASMİN