Qazaxıstan Respublikasının Mədəniyyət və informasiya naziri Aida Balaeva qazaxıstanlılara süni intellektdən istifadə ilə edilən fırıldaqçılıqla bağlı xəbərdarlıq edib.

TEZADLAR.AZ Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, qurum rəhbəri vətəndaşları diqqətli olmağa çağırıb.

  “Əziz dostlar! Son zamanlar naməlum şəxslərin süni intellektdən istifadə edərək mənim adımdan tanış və  yad şəxslərə səsli mesajlar göndərməsi halları daha tez-tez baş verir. Hər kəsdən xahiş edirəm ki, belə mesajlara məhəl qoymayın və naməlum nömrələri blok edin. Bunlar fırıldaqçıların işləridir, çox da etibar edən olmayın. Özünüzü və yaxınlarınızı qoruyun!” – deyə o, Facebook səhifəsində yazıb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN