Gürcüstanın bir çox məmurlarına tətbiq edilən sanksiyaların siyahısı artmaqdadır...
"Gürcüstan hakimiyyətinin Litva və Estoniya hökumətlərinin anti-Gürcüstan qərarına qarşı çıxmaq hüququ və imkanı var, lakin biz belə bir addım atmağı məqsədəuyğun hesab etmirik", -deyilən ifadələr isə Gürcüstan hökumətinin yaydığı bəyanatda qeyd olunub. Tezadlar.az xatırladır ki, bəyanatda belə deyilir: “Məlum olduğu kimi, Litva və Estoniya hökumətləri Gürcüstan hökumətinin 20 nümayəndəsinə, o cümlədən Gürcüstanın baş nazirinə qarşı sanksiyaların tətbiqi barədə qərar qəbul ediblər. Gürcüstan hakimiyyətinin Litva və Estoniya hökumətlərinin anti-Gürcüstan qərarına qarşı çıxmaq hüququ və imkanı var, lakin biz Litva və Estoniya xalqına hörmət edərək belə bir addım atmağı məqsədəuyğun hesab etmirik. Gürcüstan, Estoniya və Litva xalqları arasında ənənəvi dostluğa xələl gətirməmək üçün hər iki dövlətlə birtərəfli dostluq rejimində qalmaq bizim qərarımızdır. Hamıya məlumdur ki, Estoniya və Litva bu gün Avropa İttifaqında ən məhdud suverenliyə malik olan və hökumətləri öz xalqının mənafeyinə uyğun deyil, xarici administrasiyaların diktəsi ilə hərəkət edən ölkələrdir. Adıçəkilən dövlətlərin hökumətlərinin öz ləyaqətinə zidd addımlar atmağa məcbur olmasının əsas səbəbi də budur. Təəssüf ki, 33 illik müstəqillik tarixinə baxmayaraq, Litva və Estoniya hakimiyyəti hələ də sovet təfəkküründən qurtula bilməyib. Dost Estoniya və Litva xalqlarına 2025-ci ildə suverenliyin möhkəmlənməsini və ən yaxşısını arzulayırıq".
Qeyd edək bildirək ki, Estoniya və Litva hökumətləri baş nazir İrakli Kobaxidze və digər rəsmi şəxslərə sanksiya tətbiq edib. Estoniyanın xarici işlər naziri Marqus Tsahknanın sözlərinə görə, Estoniya Gürcüstanın daha 14 rəsmisinə, Litvanın xarici işlər naziri Kiastus Budrisin sözlərinə görə, Litva hökuməti isə daha 17 nəfərə sanksiya tətbiq edib.
ABŞ və Kanada da oxşar sanksiyalar tətbiq etməkdədir.
A.Məmmədli