Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi partlayışdan dərhal sonra dünyasını dəyişib.
Tezadlar.az bildirir ki, bu barədə tibbi xidmətlər məlumat verib.
"Ölüm ani oldu, gələn həkimlər bunu yalnız təsdiq edə bildilər", – agentliyin həmsöhbəti bildirib.
Əməliyyat xidmətləri dəqiqləşdirib ki, əldəqayırma bomba dağıdıcı elementlərlə doldurulub.
Hazırda İqor Kirillov və onun köməkçisinin cəsədləri ekspertlər tərəfindən müayinə olunur. Partlayıcının qalıqlarını axtarmaq üçün ərazidəki qarı təmizləyirlər.
E.ŞİRİNOV