Ermənistanın Azərbaycanla sərhəddəki Tavuş bölgəsinin Çinari kənd sakini minaya düşüb.

Ermənistan mətbuatının yaydığı məlumata görə, hadisə  şənbə günü axşam saatlarında kəndin yaxınlığında baş verib. Mina partlaması nəticəsində 30 yaşlı Nver Makaryan yaralanıb. Yaralı hərbi hospitala aparılıb.

Qeyd edək ki, Azərbaycan tarixi torpaqlarını erməni işğalçılarından azad etdikdən sonra, indi də həmin torpaqları saysız-hesabsız minalardan təmizləmək məcburiyyətində qalıb.  İllər uzunu erməni işğalçıları şəhər və kəndlərimizi  talamaqla, yerlə-yeksan etməklə yanaşı,  torpaqlarımızın hər qarışında tank və piyada əleyhinə minalar basdırıblar. Dəfələrlə Ermənistandan mina xəritələrinin Azərbaycana verilməsi tələb edilsə də, onlar bu haqlı tələbdən imtina ediblər. Yalnız bir qrup erməni diversantının Ermənistana qaytarılması müqabilində mina xəritəsinin kiçik bir hissəsi Azərbaycana verilib. Həmin xəritənin isə cəmi yüzdə iyirmi beşi dəqiq olub.

 Azərbaycanın Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi artıq xeyli vaxtdır ki, ərazilərin minalardan təmizlənməsi ilə məşğuldur.

Bir müddət öncə “Minalar Əleyhinə Azərbaycan Kompaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, Qarabağ münaqişəsi dövründə Azərbaycanda 3000-ə yaxın vətəndaş minaya düşüb: "Onlardan 525 nəfəri həlak olub. Vətən müharibəsi dövründə minaya düşənlərlə bağlı rəqəm hələ məlum deyil, çünki bu məsələ hələ də araşdırılır. Minalanmış xəritələrin verilməsi mülki vətəndaşların bədbəxt hadisələrindən vaxtında qorunmasına şərait yaradacaq”.

Ermənistan isə bu haqlı tələbi hələ ki, eşitməzdən gəlir. Və göründüyü kimi, öz vətəndaşlarını da öz qazdıqları quyuya salırlar.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN