Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan geniş tərkibli heyətlə Suriyaya səfər edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Nəşr Türkiyə liderinin Dəməşqə səfərinin vaxtını dəqiqləşdirməyib.

"Suriyada keçid hökuməti sürətlə qurulacaq. Prezident Ərdoğan sərmayələrə cavabdeh nazirlərin də olduğu böyük bir heyətlə Dəməşqə səfər edəcək", - qəzetin köşə yazarı Əbdülkadir Selvi yazıb.

Ərdoğan bazar ertəsi Nazirlər Kabinetinin iclasından sonra bildirib ki, Türkiyə Suriyanın yeni administrasiyası ilə sıx əlaqə saxlayır və ona hər cür dəstəyi verəcək. O qeyd edib ki, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və xarici işlər naziri Hakan Fidanın Dəməşqə səfərindən sonra Türkiyədən Suriyaya səfərlərin sayı artacaq.

Xatırladaq ki, noyabrın 27-də silahlı müxalifət qrupları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam onlar Hələb, Həma, Dəra və Homsu ələ keçiriblər, dekabrın 8-də isə Suriya hökumət qüvvələrinin bölmələri tərəfindən tərk edilmiş Dəməşqə daxil olublar. Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib. Dekabrın 10-da 2024-cü ilin yanvarından İdlib əyalətində müxalifətin yaratdığı Qurtuluş Hökumətinə başçılıq edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya hökumətinin başçısı təyin olunduğunu açıqlayıb. .

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN