İnsan özünü uğur haləsi ilə əhatə etməlidir.

Çünki həyatın mənası yaxşılığı istəməkdir.

...Hal-hazırda Heydər Əliyev Fondunun sifarişi əsasında Nəsimi rayonu 5 nömrəli tam orta məktəblə üzbəüz ərazidə sovetdənqalma çox baxımsız, bərbad uşaq bağçasında söküntü, yenidən qurub-yaratma, abadlaşdırma işləri gedir. Podratçı “ALİANS” MMC şirkəti işini göstərişə uyğun ləyaqətlə davam etdirir.

Sözügedən ərazinin yaxınlığında 30 ildir ki, yaşayıram. Təsadüfi heç nə olmur. Həyat əlamətlərlə, işarətlərlə doludur. Onları tanıyıb mesajlarını oxuyanda istiqamət göstərilir. Bağça mövzusunda keçmiş xatirələrlə indiki gedişat, məqsədlər arasında əlaqələri birləşdirdim. Uşaqlıq təəssüratları xatirələrdən silinmir. “Uşaq bağçası” ifadəsinin anlamı təsəvvürlərimdə həmişə məsumluq, təmizlik, saflıq, mərhəmət, mehribanlıq və s. silsilə gözəllikləri sərgiləyir.

Füzuli şəhər 1 saylı Uşaq Bağçasının həyəti vaxtilə yaşadığımız evin həyəti ilə bitişik olub. Uşaq sosiallaşmasının ilk mərhələsini orta məktəbdən öncə erkən yaşdan məhz uşaq bağçasından keçmişəm. Anam uşaq bağçasında tərbiyəçi olub.

...1986-cı ildə Füzuli şəhərinin mərkəzində “H.Ə.DİYYƏLƏR” adlı şəxsi mağaza açdım. Görünüşü, özəl tərtibatı ilə cazibə yaradan bu obyekt həm də fəaliyyət sahəsinə görə fərqləndi. Tək Füzulidə deyil, Qarabağda bir ilk idi. Xəttatlıq, qravüra, çekanka, (mis löhvə üzərində döymə işləri) lepka, ağac üzərində oyma, hədiyyələr və s. xidmətlər göstərirdim. Uşaqlar valideynlərinin əlinə baxdıqlarına görə bütün uşaqlara xidmət yarı qiymətə idi. Xüsusi qayğıya ehtiyaclı uşaqlar üçün isə pulsuz.

1986-1991-ci illərdə 6 il şəhərin 5 uşaq bağçasına oyuncaq, ərzaq, hədiyyələr və sair şəkilində yardım üçün sənədləşmə ilə ayda 800 yüz manat vəsait sərf edirdim.

Bu barədə ilk dəfədir ki, yazıram. Əlbəttə, mövzuya görə. Həmin illərdə bir neçə qonşu rayonunun fiziki məhdudiyyətli (lal, kar, kor) Uşaqların Mərkəzi Cəmiyyət İdarəsi Füzuli şəhərində yerləşirdi. Onların tədbirlərində müntəzəm iştirak edir, üzərimə düşəni Allah xatirinə edirdim. Yaxşılığın yaxşılarda öhdəlik yaratma özəlliyi insan fitrətində fərqli formalarda təzahür edir, gerçəkləşə bilir.

1991-ci ildə Füzuli rayon sovetinə deputatlıq seçkilərində məhz üzürlü uşaqların mərkəzi cəmiyyəti namizədliyimi irəli sürdü. Yerli xalq cəbhəsi fəalı və imkanlı, nüfuzlu alternativ olanlar arasında 89 faiz seçici səsi ilə uğur qazandım.

1988-ci ildə məlum lənətlənmiş müharibə başlandı...

Hədiyyələr mağazasında ticarət vasitə idi. Məqsəd əhali ilə ünsiyyət yaradıb, təbliğat aparmaqla və digər metodlarla Füzulini, ata ocağını qorumaq, ən azı dirəniş idi. Gəlirimin 60 faizini Füzulinin ermənilərlə sərhəd kənd əhalisinə ərzaq şəklində maşınlarla şəxsən yardım aparmağa sərf edir və aparılmasını təmin edirdim. Əlbəttə, bu örnək hərəkət imkanlı və insaflı yerli vətənsevərləri də təsirləndirirdi. Könüllülər xeyriyyə tədbirlərinə müntəzəm cəlb olundu. Bir insan kimi borcum gerçəkliyi qəbul edib, içimdən, əlimdən gələni etmək idi.

137 nəfər qadın, qoca, uşaq erməni dinc əhalisini təhqirin, işgəncənin və ölümün cəngindən xilasında vasitəçi olan nə qədər yerli azərbaycanlı gənclərin həbsdən, məhrumiyyətlərdən və sairələrdən qurtulmasında vasitəçi ola bilərdisə, oldum, şükür Allaha.

Bu yazının yazmağın məsuliyyətini dərk edib, anlayışının halını yaşayıram. Yazmaqla yazmamaq məsuliyyətlərini nəzərə alıb, dəyərləndirib yazmaq imkanını güdaza vermək istəmədim. Həyatı yalnız özümüz üçün yaşamırıq. Üzərimizdə hər kəsin tutduğu mövqeyə, daşıdığı yükünə, şüuruna, qabiliyyətinə uyğun ictimai məsuliyyətləri də olur. Mətləbə yaxınlaşım. Sözügedən bağçada olan uşaqlara xəttatlıq sənətinin incəliklərini, təlimini, yönlərini öyrətmək olar. Eləcə də qravüra, oyma, çekanka və s. əl işlərini, hədiyyələr hazırlamağı. Bağça ərazisində sənət nümunələri hazırlamaq olar. Bakının bağça və məktəbləri, fərqli müəssisələri öz ərazilərində həmin nümunələrdən görmək istər. Bu istəklər sifarişli müntəzəm iş halına gələ bilər. Heydər Əliyev Fondu ilə hədiyyələr və təlim mövzusunda əməkdaşlıq, anlaşma  cəmiyyət üçün, uşaqların mənafeyi üçün faydalı ola bilər. Min bir adda, çeşiddə, formada, ölçüdə, rəngdə, materialda, təlabatda və sairələrdə hədiyyələri, suvenirləri arzu edən istiqamətlərə ixrac etmək də olar.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların incəsənət, mədəniyyət sahəsində qabiliyyət və bacarıqlarının formalaşdırılması, inkişaf etdirilməsi onların cəmiyyətə inteqrasiyası üçün olduqca önəmli olar. Xüsusi hazırlanmış hədiyyə və suvenirlərin şəxsimə aid olan patent hüquqlarını da Heydər Əliyev Fonduna şamil olunacağını düşünürəm. Bu fond Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir” ideyasının günümüzdə uğurlu davamçısıdır. Uzun zaman perspektivinə malik olan insanlar uğurun haqqını ona nail olmazdan öncə ödəyir.

40 gün sözügedən ərazidə işlərin gedişatı ilə yaxından maraqlandım. Müşahidə etdim ki, həqiqətən ağır zəhmətin pozitiv insanları və imkanları cəzb edən müsbət enerji sahəsi yaratmaq xassəsi olur. Doğrudan-doğruya gələcəyi görməyin ən yaxşı yolu onu yaratmaqdadır. Albert Eynşteynin fikridir. Təsəvvür faktlardan daha vacibdir. Bütün dəyişikliklər ideyaların gerçəkləşməsi yolundakı işləri görməkdən başlayır.

Ey böyük ideya, ey dərin xəyal,

Qəlbimdə Allaha səcdələrlə qal.

Həyatda ən çox sevilən həyatın özüdür. Çünki bütün gözəlliklər, sevgilər həyatın içindədir. Həyatı uşaqlıqdan sevdim, həyatı sevən uşaqları da. Xüsusi qayğıya ehtiyaclı uşaqlar yeni bacarıqlar qazandıqca həyata daha çox bağlanırlar.

Bu elə bir ictimai fayda məsələsidir ki, ictimai fikir bu ideyanı dəstkləyəcək. Çünki ictimai faydanı, məqsədlərini, inam və hərəkətləri bu ideya özlüyündə əks etdirir. Hədiyyələr aləmi dərin, sonsuz və maraqlıdır. Sonsuzluq isə sona qədər izah edilə bilməz. Həyatda ən dərin olan sevginin dərinliyidir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar sevgiyə daha çox möhtacdır. Sevgili dediyin səni özünə aşiq edə bilən deyil, sənə özün olma imkanı verəndir. Düşünürəm ki, fiziki məhdudiyyətli uşaqlar öz bacarıqlarını gerçəkləşdirəcəklər. İnsan özünü xoş xəbərlə, davranışla, niyyətlə, əməllə əlaqələndirməlidir ki, içindən gələn xeyirxahlıqlara, xoşluqlara yoluxsun və yoluxdursun. İnsan özünü uğur haləsi ilə əhatə etməlidir. Çünki həyatın mənası yaxşılığı istəməkdir.

Xüsusi qayğıya ehtiyaclı uşaqlarda hamının görmədiyi, duymadığı aləmlərdəki işarətləri, rəmzləri, indeksləri görüb, duyub, oxuyub xeyli gizlinlərdən agah olma özəlliyi olur. Bəzi uşaqların kəsirli doğulması, olması “Allahın ədalətsizliyi” deyil. İnsanların örnəkləri görüb, dərk edib fiziki cəhətdən məhdud olmadıqlarına şükür etmələri üçündür. Zavallı kimi qəbul edilən uşaqların insanlıq aləminin salamatlıq yolunu seçməsində özlərinə məxsus xidmətləri və təsirləri olur. Onlar qəzaya rizanı erkən mənimsəyir, qəlblərinin səsini dinləyirlər. Səbr də bir duadır, hər şeyin vaxtını gözlər. Yüz illərin sınaqlarından keçən yaşantıların, halın ifadəsidir: əskik alan səbr edirsə, əbədi mükafat qazanır. Xəstəlikləri ilə çəkdikləri iztirablar önündə onlara özəl qabiliyyətlər, hətta kəramətlər də lütf edilir. Azərbaycanın böyük övliyası Mir Möhsün Ağa da xüsusi qayğıya ehtiyaclı, serebrial iflic olub, doğulandan, uşaqlığından. Ruhu Allahın izni ilə kütləvi sevgilər hədəfindədir. Önəmli olan dostu bütün dərdi-səri ilə sevməkdir. Və eşq Allahı sevmək yolunda bütün sərhədlərin qaldırılması halıdır. Cənnət haldır, sevgi də cənnət halıdır. Sevgi nə qədər gözəlsə, sevməyi yaradan necə də sonsuz gözəldir.

GÖZƏLLİK GÖZƏLLİYƏ GÖZƏLLİKLƏ YANAŞMAĞI DA GÖZƏLLƏŞDİRİR.

Etüd

Gözəl auralı bir ərazidir,

Cənnət güşəsini xatırladacaq.

Sifarişin qayğıkeş, xoş tərzidir,

Adına hikmətlər dastan olacaq.

 

Podratçı “ALİANS” MMC gedir,

Rəhbəri sadədir, qəlbi də dərin.

Qurub-yaratmağa adətkərdədir,

Qənimidir yersiz köhnəliklərin.

 

Sağ əli Novruzdur, şahanə biri,

İşçinin halını dəyərləndirir.

İşgüzar zəkası, yığcam fikiri,

Ustanı, fəhləni o yönləndirir.

 

Fonddan nəzarətçi Əliyev Fərəc,

Dürüst, ərdəmlidir işinin üstdə.

Nə qədər çəkərsə, bu sınaq, sürəc,

Fərqli anlatmalar başımın üstdə.

Nizami Süleymanoğlu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN