Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” və “Yaradıcı oxucularımız” layihələri davam edir. 

Mərkəzi Kitabxana “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində kitabxananın Fəxri oxucusu, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı oxuculara görkəmli bəstəkarımız Şəfiqə Axundovaya həsr etdiyi “Səmada parlayan, sönməyən ulduz” hekayə-əhvalatı  təqdim etdi.  Burada o, Şəfiqə xanımı bir mələyə bənzədir. Gülüstan deyilən bir bağçada gəzərkən müdrik bir ustadla rastlaşır. Bu ustad Üzeyir bəy olur. İllər sonra Şəfiqə Axundova peşəkar musiqiçiyə çevrilir, onun bəstələdiyi musiqilər dillər əzbəri olur. “Yubileylər silsiləsi” layihəsi çərçivəsində Şəfiqə Axundovaya həsr olunmuş videoçarx da hazırlandı.

Videoçarxda Şəfiqə Axundovanın həyatı, bəstəkarlıq fəaliyyəti, xatirəsinin əbədiləşdirilməsi və mükafatları haqqında məlumat verilir. Bəstəkarın tələbəsi Arif Səlimovla fotoşəkilləri və iki kiçik süjet təqdim olunur. Kitabxananın Fəxri oxucusu, yazıçı-publisist Sevinc Ağa Xəlilqızının bəstəkarın 100 illik yubileyinə ithaf etdiyi “Sağalmaz eşqim” şeiri də səsləndirilir. Kitabxananın Fəxri oxucusu Qadir Hüseynovun bəstəkara həsr olunmuş şeiri də izləyicilərə təqdim olunur. Videoçarx bəstəkarın “Gəlin qayası” operası və oğlu Taleh Hacıyevin “Həsrətindəyəm” musiqisi ilə müşayiət olunur. Şərəfli ömür yaşamış Şəfiqə Axundovanın qoyub getdiyi zəngin irsdən hələ neçə-neçə bəstəkarlar və ifaçılar nəsli bəhrələnəcək, milyonlarla dinləyicilər zövq alacaqlar. 

Y.MƏMMƏDLİ

P.S.Hekayə-əhvalat və videoçarxla oxucular aşağıdakı keçidlərdə tanış ola bilərlər:

https://drive.google.com/file/d/1W8sEmBpYRoiplImzwIym91sO6pdfdUE6/view?usp=sharing

https://www.youtube.com/watch?v=WMESxcWyA5U&t=11s

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN