Ötən gün yanvarın 21-də Tehranda keçirilən görüşdə İran prezidenti Məsud Pezeşkian və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev iqtisadi sahədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Tezadlar.az IRNA agentliyinə istinadla bildirir ki, Pezeşkian Azərbaycanla əməkdaşlığın və qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyindən danışıb. Mustafayev Azərbaycan prezidenti İlham əliyevin salamını Pezeşkiana çatdırıb və "son aylarda İranın yeni prezidentinin rəhbərliyilə baş verən müsbət dəyişiklikləri" qeyd edib. Mustafayev həmçinin regionda sülh və sabitliyin təmin edilməsində İranın əhəmiyyətini vurğulayıb, nəqliyyat və enerji mübadiləsi sahəsində ikitərəfli münasibətlərin vəziyyəti barədə hesabatı təqdim edib. Sonda o, "iki ölkə arasında strateji tərəfdaşlığı dərinləşdirmək" üçün prezident İlham Əliyevin Pezeşkianı Azərbaycana səfərə dəvət etdiyini bildirib.
Şahin Mustafayev Azərbaycan-İran hökumətlərarası komissiyasının 16-cı iclasında iştirak etmək üçün Tehrana gedib.