Krasnoyarsk diyarının Minusinsk şəhərində yaşayış binasında yanğın baş verib. Yanğın söndürülən zaman yanan bir qadın və iki uşağın meyiti aşkarlanıb. Faktla bağlı cinayət işi açılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə yanvarın 23-də Rusiya Federasiyası İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Yanğın cümə axşamı, yanvarın 23-də saat 04:00 radələrində ikimərtəbəli yaşayış binasında baş verib.

"Minusinsk şəhərinin Podsinskaya küçəsindəki yaşayış binasında baş vermiş yanğının söndürülməsi zamanı yanğının termik təsir əlamətləri olan bir qadın və iki uşağın cəsədi aşkar edilib", - deyə idarənin Telegram kanalında bildirilib.

Müstəntiqlər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi) iş açıblar.

Zərərçəkmişlərin dəqiq ölüm səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizaları da təyin olunacaq. Yanğının baş vermə səbəbləri də daxil olmaqla, bütün hallar araşdırılır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN