İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa yəhudi dövlətinə 2000 funt-sterlinq (təxminən 907 kq) hava bombalarının tədarükünə qoyulan qadağanı aradan qaldırdığına görə təşəkkür edib.
Onun sözlərinə görə, bu, ölkəsinə özünümüdafiə üçün lazımdır.
“Prezident Tramp, İsrailə özünü müdafiə etmək, ortaq düşmənlərimizlə mübarizə aparmaq və sülh və firavanlıq gələcəyini təmin etmək üçün lazım olan vasitələri vermək vədini yerinə yetirdiyiniz üçün sizə təşəkkür edirəm”, - Tezadlar.az xəbər verir ki, bu, Netanyahu ofisinin yaydığı bəyanatda bildirib.
Bundan əvvəl İsrailin xarici işlər naziri Gideon Saar Trampa bu qərarına görə təşəkkür edərək, “İsrailin özünümüdafiə üçün lazım olan hər şeyə sahib olduğu zaman Yaxın Şərq daha təhlükəsiz olur” fikrini bildirmişdi.
ABŞ prezidenti şənbə günü təsdiqləyib ki, o, əvvəlki Co Bayden administrasiyası tərəfindən İsrailə 2000 funt-sterlinqlik hava bombalarının təhvil verilməsinə qoyulan qadağanı ləğv edib. Tramp açıqlayıb ki, bombalar “uzun müddətdir ki, anbarlardadır” və İsrail tərəfi onların pulunu ödəyib və uzun müddətdir çatdırılmasını gözləyir. “Axios” şənbə günü bildirib ki, ABŞ-da anbarlarda saxlanılan 1800 MK-84 bombası yaxın günlərdə gəmiyə yüklənərək İsrailə təhvil veriləcək. Portal qeyd edir ki, Bayden administrasiyası bu silahların Qəzza zolağında istifadəsinin əhəmiyyətli mülki itkilərə səbəb ola biləcəyindən ehtiyat edirdi.
E.ŞİRİNOV