Sankt-Peterburqda otel otağında kişi meyiti tapılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə regional IC-nin Telegram kanalında hadisə yerindən görüntülər paylaşılıb.
Hadisə yanvarın 27-də Qonçarnaya küçəsində yerləşən oteldə baş verib. Görüntülərə əsasən, çarpayıdan bir qədər aralıda otaqlardan birinin ikinci mərtəbəsində döşəmədə qanlı cəsəd aşkar edilib.
“Otel işçisi hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb, həyat əlaməti olmayan kişi cəsədi tapdığını bildirib”, – şöbədən aydınlıq gəltirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə gedib. İstintaq Komitəsi əlavə edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq hadisənin bütün hallarını müəyyənləşdiriblər.
E.ŞİRİNOV