Avropa İttifaqının anti-Rusiya sanksiyaları altı ay müddətinə uzadılıb.
Tezadlar.az bildirir ki, bu barədə yanvarın 27-də Aİ diplomatiyasının rəhbəri Kaja Kallas məlumat verib.
Kallas X sosial şəbəkəsindəki səhifəsində yazıb: “Aİ xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların yenidən uzadılması ilə bağlı razılığa gəliblər”.
Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto bildirib ki, Avropa Komissiyası Macarıstana enerji təhlükəsizliyi zəmanəti verib və bu zəmanət olmadan o, Rusiyaya qarşı sanksiyaları uzatmaqdan imtina edib.
Macarıstanlı siyasətçi həmçinin əlavə edib ki, AK Ukraynadan “Aİ-yə neft tədarükünün saxlanmasına” zəmanət verməsini tələb edib. Bu barədə o, öz Facebook səhifəsində yazıb.
Macarıstanın baş naziri Viktor Orban daha əvvəl bəyan etmişdi ki, ölkəsi Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə artıq 19 milyard avro itirib. O, həmçinin qeyd edib ki, anti-Rusiya sanksiyalarının uzadılması o halda mümkündür ki, Ukrayna qaz tranzitini qaytarsın, Kiyev “Türk axını”na hücum cəhdlərindən əl çəksin və Ukrayna ərazisindən neft tranzitinin dayandırılmayacağına zəmanət versin.
Bundan sonra Polşanın baş naziri Donald Tusk Orbanı Rusiya Federasiyasına qarşı sanksiyaların uzadılmasına mane olacağı təqdirdə “nəticələri” ilə hədələyib.
E.ŞİRİNOV