BANM-ın startapı "BullyGuard" ən yaxşı layihə seçildi və lE Business School-da təmsil olunacaq.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib.
O diqqətə çatdırıb ki, "BullyGuard" SABAH.HUB tərəfindən təşkil edilən IE Business School inkubasiya proqramına qəbul edilən 21 startapdan biri olub.
"Üç ay davam edən proqram çərçivəsində IE Business School-un təcrübəli heyəti tərəfindən keçirilən sessiyalar zamanı tələbələr startapın inkişaf etdirilməsi üçün dəyərli biliklər əldə ediblər.
Komandanın elmi rəhbəri Ali Məktəbin İnnovasiya və Tədqiqatlar Mərkəzinin rəhbəri Emiliya Əhmədova, üzvləri isə Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri Zahid Abdullayev, Rəna İsayeva, Qurban Quliyev və Kompüter mühəndisliyi ixtisasının tələbəsi Banu Əlilidir", - deyə rektor qeyd edib.
JASMİN