Belarusda keçirilən prezident seçkilərində saat 11:00-a olan məlumata görə, seçicilərin 47,56 faizi iştirak edib.
Tezadlar.az bildirir ki, bu barədə məlumat mərkəzində keçirilən mətbuat konfransında respublika Mərkəzi Seçki Komissiyasının rəhbəri İqor Karpenko məlumat verib.
"Prezident seçkilərində seçici fəallığı 47,56% olub. Faizlə: Brest vilayətində 51,09%, Vitebsk vilayətində 45,87%, Qomel vilayətində 51,16%, Qrodno vilayətində 46,49%, Minsk vilayətində 45,9%, 48,79% Mogilev vilayətində %, Minskdə - 44,39%”, - deyə o bildirib.
E.ŞİRİNOV