...30 illik işğal dövründə Qarabağda xarici şirkətlərin beynəlxalq qanunlara zidd olaraq Azərbaycan sərvətlərini talaması heç kim üçün sirr deyil. Hazırda bu kimi şirkətlərin beynəlxalq məhkəmələrə verilməsi yönündə ciddi işlər gedir.

Əlbəttə, bu, Azərbaycanın suveren hüququdur. Ancaq Zəfərlə başa çatan 44 günlük müharibə ilə  torpaqlarımız işğaldan azad olunsa da, xarici şirkətlərin iştah dişi hələ tam sındırılmayıb. Ona görə də işğal altında qalan bir sıra ərazilərimizdə  hələ də bəzi xarici şirkətlər talançılıq siyasətini davam etdirirlər. Nə qədər ki, bu kimi şirkətlər 30 illik işğal dövründə qazandıqlarından bir neçə dəfə artıq təzminat ödəməyiblər, onda bu talançılıq davam edəcək.

***

Belə talançılara nümunə kimi, Ağdərədə hələ də fəaliyyət göstərən Kanada şirkətini göstərmək olar. Bu barədə dəyərli həmkarımız, tarixçi alim, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğlunun araşdırma yazısı diqqəti çəkir. Aşağıda “Təzadlar”ın oxucuların oxucularına təqdim edirik:

Ağdərənin təbii sərvətləri hələ də talanır...

ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya da Qarabağda təbii sərvətlərimizin talan edilməsində iştirak ediblər...

 Kanadanın “Bombardier Recreational Products (BRP)” şirkəti Türkiyənin TB2 Bayraqdar dronlarının mühərriklərinin istehsalı ilə məşğul olduğunu və 44 günlük müharibə günlərində Türkiyəyə mühərrik satmaqdan imtina etdiyini yazmışdıq. Buna səbəb kimi Türkiyənin dronlardan savaş məqsədilə Qarabağda və digər cəbhələrdə istifadə etməsi bəhanəsini göstərmişdilər.

BRP firmasının media nümayəndəsi Martin Langelier Kanada Beynəlxalq Radiosuna verdiyi müsahibədə bu barədə danışaraq, firmanın motorları yalnız sivil məqsədlər üçün hazırladığını, Türkiyənin isə dronlardan Azərbaycanda savaş məqsədilə istifadə etdiyini demişdi.

Həmçinin Kanada Azərbaycanda gedən müharibədə dronlardan istifadə edilməsinı görən müşahidə kameralarının da satışnı dayandırmışdı.

Əsas səhmdarları maliyyəçi Robert Friedlanda aid bir şirkət olan Toronto First Dynasty Mines Ltd., adını Sterlite Gold Ltd olaraq dəyişdirib. Sterlite Gold isə, 3.7 milyon dollar (ABŞ Twin Star-a Sterlite Gold-a yüzdə 55.1 faiz pay verib) Twin Star, Sterlite Goldun yanında Sterlite Industries (Hindistan) Ltd.-nin sədri olan Hindistanlı sənayeçi Anil Agarwal ailəsinin də nəzarət etdiyi özəl bir şirkətdir.

Səhmlərin buraxılması nəticəsində, Friedlandın Sterlite Gold-a olan payı yüzdə 24-dən yüzdə 13,5-ə endirilib və Twin Star ilə bir səhmdar razılaşması bununla yekunlaşıb.

Həmçinin daha bir Kanada şirkəti olan “Cochrane Pond” (Kanada) isə Ağdərədə təbii sərvətlərimizi talamaqla məşğuldur. Adı çəkilən şirkətin Gülyataq-Cənyataq-Xatınbəyli qızıl yatağını istismar etməsi barədə məlumatlar mövcuddur və həmin şirkətə məxsus zavodların peyk görüntülərini diqqətinizə çatdırırıq.

Bildirim ki, Zəngilanın Vəcnəli və Kəlbəcərin Söyüdlü qızıl yataqları haqqında məlumatlar verilsə də, Gülyataq-Cənyataq-Xatınbəyli qızıl yataqları haqqında məlumatlara rast gəlmədik. İlk əmək fəaliyyətimə geoloji kəşfiyyat işlərində başladığıma görə, bu yataqların daha rentabelli olmasını bilirəm. Bunu Gülyataq və Cənyataq kəndləri arasında tikilmiş böyük zavodların olması da sübut edir.

Beləliklə, Kanada bu yolla hərbi cinayətlərdə ortaq olduğu Ermənistanı qorumaq istədiyi ortadadır. Yəni Kanadanın “sancılandıran” səbəb Azərbaycanın talan edilmiş sərvətləridir. Bunu diqqətdən qaçırmaq olmaz. Xatırladaq ki, daha bir müəssisə ermənilər işğalında olan Ağdərə rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis və qızıl yatağının kəşfiyyat və istismarı məqsədilə 2003-cü ildən yaradılmış “Base Metals” adlı şirkətdir. Bu şirkətin baş ofisi də Heyvalı (Drmbon) kəndində yerləşir. “Base Metals” şirkəti yunan Kipri vətəndaşı Valeri Medjlumyanın rəhbəri olduğu “Vallex Gropup” şirkətlər qrupuna daxildir. 25-30 illik işğal müddətində Xankəndindəki separatçı rejimə 100 mln. dollardan çox vergi ödəmiş bu şirkət illərdir ki, işğal altındakı Kəlbəcər, Zəngilan və s. bölgələrdə qızıl, mis, molibden, dəmir və s. yataqlarını qanunsuz olaraq istismar edib və göründüyü kimi, hazırda da hələ bəzi məkanlarda bu işini davam etdirir. Ağdərədə Xatınbəyli-Gülyataq qızıl yataqları (1 ton/22 qr.), Kəlbəcər və Zəngilan qızıl yataqları (1 ton/21 qr.) da eyni qaydada xarici şirkətlərin iştirakı ilə talan edilib. Hələ Ermənistanın “Jamanak” qəzeti 2018-ci ildə yazmışdı ki, Ermənistanın qızıl mədənlərində çıxarılan mədən daşının hər bir tonunda 18 - 21 qram real qızıl əldə olunur, lakin ölkənin yüksək vəzifəli məmurlarına məxsus olan bütün qızıl mədənlərində bu rəqəm 3 dəfə azaldılaraq 7 qram kimi göstərilir və belə də sənədləşdirilir.

Nəticədə Ermənistandan və onun ictimaiyyətindən minlərlə kiloqram saf qızıl oğurlanaraq gizlədilir, hansı ki, dəyəri 100 milyon dillarlarla ölçülür və xaricə göndərilir (Fransa və Rusiyaya).

ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya da Qarabağda anoloji işlərlə məşğul olaraq təbii sərvətlərimizin talan edilməsində iştirak ediblər. Bu gün də status-kvonun saxlanmasına çalışmaları məhz bu məsələ ilə bağlıdır.

Xatırladaq ki, Qarabağda xeyli təbii sərvətləri olan yataqlarımız var. Bu gün də sosial şəbəkələrdə Ağdərə rayonunda ermənilərin talanı davam etdirməsi barədə məlumatlar verilməkdədir. Bu məlumatlar tam həqiqəti əks etdirir. Erməni işğalında olan rayonlarımızdakı yataqların siyahısına nəzər salaq:

Ağdərə:

“Qızılbulaq”

“Mehmana”

“Dəmirçi”

“Canyataq”

“Gülyataq”

“Xatınbəyli”

“Ağdərə”

“Şorbulaq”

İnanmaq istərdik ki, tezliklə bu beynəlxalq qanunsuzluğun qarşısı alınacaq...

Xaqani Ədəboğlu

AVMVİB Mətbuat

Xidmətinin rəhbəri

Hazırladı və təqdim etdi: Elçin MƏMMƏDLİ  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN