Ötən gündən etibarən Bakı şəhər Dövlət Yol Polisi İdarəsi  Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar reydlər keçirməyə başlayıb.

Yol polisi tərəfindən keçirilən bu reydlərdə 1000-ə yaxın sürücüyə cərimə protokolu yazılıb

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

"Reydlər zamanı özlərini qanunsuz parklanma nəzarətçisi kimi təqdim edən 35-ə yaxın şəxs saxlanılıb və cərimə edilib. Yol polisi tərəfindən reydlər davam etdirilir",- deyə A.Əsgərli qeyd edib.

Qeyd edək ki, Bakıda hər addımbaşı kimlər tərəfindənsə təyin olunduğu bilinməyən “nəzarətçilər” sürücülərdən parklanmaya görə pul tələb edirlər. Həm də bu parklanmaya “nəzarətçilik” harda gəldi həyata keçirilir: bankaların, supermarketlərin, apteklərin, nəşriyyat evlərinin, idarələrin, klinikaların,... qarşısında. Bir çox yerlərdə, hətta çörək almaq üçün avtomobilini mağazanın qarşısında saxladıqda belə, alacağın  bir çörəyin məbləğində qapıda  gözləyən bu “nəzarətçi”yə pul ödəməlisən... Özü də qanunsuz, kimlərin cibinə axdığı bilinməyən pul ödənişi! Baş verənlərə qarşı narazılıq isə baş alıb gedirdi...

Və artıq polis əməkdaşları qanunsuz parklanmalara və pul yığımına qarşı müntəzəm olaraq reydlər keçirəcək. İnanırıq ki, bu reydlər tezliklə öz nəticəsinin göstərəcək.

 

JASMİN  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN