Hakim Elxan Əmirəliyevin katibi Şahin Sultanzadə, Məhkəmə sədrindən daha üstün səlahiyyətli olaraq, rayonda at oynadır və yıxmadığı ev qoymayıb
Cəlilabad rayon sakini Tacəddin Əsədov, bir çox dövlət orqanlarına və surəti “Təzadlar” qəzetinə unvanladığı şikayətin, az qala hər sətrində qan ağlayır.
Rayon Məhkəməsinin hakimi Elxan Əmirəliyevin törətdiyi qanunsuzluqlar, onun katibi Şahin Sultanzadənin görünməmiş biabırçı üsullarla özünə və hakimə pul yığması barədə yazan T.Əsədov, bizimlə telefon söhbətində, bu cütlüyün rayon sakinlərinin başına açdıqları oyunlardan yana-yana danışdı.
Hörmətli cənablar!
Cəlilabad Rayon Məhkəməsində elə alçaqlıqlar törədilir, elə acgözlüklə pul yığılır ki, sanki bu orqana heç bir dövlət nəzarəti yoxdur, başlı-başınadır. Biz rayon sakinləri Cəlilabad rayon Məhkəməsində törədilən özbaşınalıqlardan cana yığılmışıq və məhkəmə binası qarşısında etiraz aksiyası keçirmək istəyirik. Ona görə də istəyirik ki, haqq səsimizi siz də eşidəsiniz. Uzun müddətdir ki, biz cəlilabadlılar rayon məhkəməsində baş verən qanunsuzluqlardan və pul yığmalardan dövlət orqanlarına şikayətlər etsək də, nədənsə, heç bir nəticə yoxdur. Ona görə də istəyirik ki, siz mətbuat işçiləri olaraq, haqq səsimizi və fəryadımızı dövlət başçısına çatdırasınız. Rayonun Muğan kənd sakini Abasqulu Ağayevin 42 ilin pedaqoqu, tarix müəllimi Fəxrəddin Ağayevin, Üçtəpə kənd sakini Ramiz Yarıyevin hakim Elxan Əmirəliyevin və katibi Şahin Sultanzadənin rüşvətxorluğu, rayon sakinlərinin başına açdıqları müsibətlər barədə müxtəlif vaxtlarda bir çox sayt və qəzetlərdə yazılar dərc olunub.
Cəlilabad Rayon Məhkəməsində mənim başıma hansı müsibərlər gətirdikləri barədə sizi məlumatlandırmaq istəyirəm. Mənim Moranlı kənd sakini Bəşirlə aramızda olan mübahisəyə görə Cəlilabad Məhkəməsinə müraciət etdim. Amma müraciət etməyimə peşman oldum. Belə ki, Cəlilabad Rayon Məhkəməsində işi qanun prizmasından araşdırmaq əvəzinə, adamın başına elə oyun gətirirlər ki, müraciət edib, hüquqi yardım istədiyinə görə peşman olursan. Bunlar qanusuz əməlləri ilə dövlətçiliyimizə qəsdən belə ləkə gətirirlər ki, vətəndaşların Prezidentə, dövlətə inamını sarsılsıtsınlar. Ancaq biz rayon sakinləri qalib Ali Baş Komandan Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və dövlətimizə inanırıq.
Hörmətli Cənablar
Məhkəmənin başıma açdığı oyunlar belə başlayıb. Rayonun Moranlı kənd sakini Bəşir Şükürova öz təsərrüfat texnikamı - traktor, kotan və selkamı vermişdim. Əvəzində ondan 12 min manat pul almışdım. Lakin sonradan aramızda narazılıq və mübahisə yarandı. Qərara gəldim ki, onun verdiyi pulu qaytarıb, texnikamı geri alım. Bunun üçün Cəlilabad Məhkəməsinə müraciət etdim. Lakin Cəlilabad Məhkəməsində dəllallığı ilə ad çıxarmış Məhkəmə katibi Şahin Sultanzadə işləri necə dolaşığa saldısa, başıma oyun gəldi, adi bir iş heç nədən şişərək baş bəlasına çevrildi.
Şahin Sultanzadə ortalıqda pulu görəndə qarşı tərəfə, yəni Bəşirə “xüsusi yanaşaraq”, işi hiyləgərliklə elə qurdu ki, həm pulum getdi, həm də məhkəmədə uduzdum.
Məhkəmənin gedişatında hakim Elxan Əmirəliyev mənə tələb qoydu ki, Bəşirdən aldığım pulu qaytarım və verdiyin texnikanı geri götürüm. Mən buna elə əvvəldən də razı olmuşdum. Belə ki, özümə də texnika lazım idi. Bəşirlə birgə oturub hesabladıq, o, mənim traktorumu il yarım işlədib, yararsız hala salmışdı. Ona görə də 8 min manat məbləğin qaytarılması üzərində dayanıb, razılaşdıq. Mən ona 8 min manat pul verdim və sınıq hala salınmış traktorumu geri götürdüm.
Məhkəmədə mən Elxan Əmirəliyevdən tələb etdim ki, pulu rəsmi şəkildə verim, Bəşirlə notariusa gedərək aktlaşdıraq ki, ona 8 min qaytardım. Lakin hakim Elxan Əmirəliyev dedi ki, nə rəsmi qaydaya, nə də notraial təsdiqə ehtiyac yoxdur. Burada hər şeyi mən həll edirəm, get kişinin pulunu qaytar, düzələcək. Mən də kənddə Bəşirə 8 min manat pul verdim, o traktorumu gətirib qaytardı. Bundan sonra Bəşirlə Məhkəməyə gəldik, bizi Elxan Əmirəliyevin katibi Şahin Sultanzadənin yanına göndərdilər. O Elxan Əmirəliyevin göstərişi ilə bizim hər ikimizdən ərizə aldı ki, 8 min manat pul qaytarılıb və öz aramızda razılığa gəlmişik.
Lakin sonradan mənə məlum oldu ki, həmin 8 min manatın alınmasında Şahin Sultanzadənin öz “marağı” var imiş. Və Şahin Sultanzadə məhkəmənin baxılmamış saxlanması məsələsini də qəsdən ortaya atıbmış ki, mən məhkəməni udmayım və sonradan isə, Bəşir özü mənə iddia qaldıraraq uduşda olsun.
Biz Bəşirlə razılaşaraq aralanmışdıq. Lakin üstündən 20 gün keçmiş mənə məhkəmədən məktub gəldi ki, Bəşirə 18 min manat pul ödəməlisən, ona “ziyan” vurmusan. Bu necə olur?
Mən dəhşətə gəldim, Məhkəmə binasına gəlib hakim Elxan Əmirəliyevə və katibi Şahinə öz etirazımı bildirdim. Onlar mənim üstümə qışqıraraq dedilər ki, get kişiyə o pulu da ver. Şahin Sultanzadə dedi ki, 8 min verən oğlan 18 min də verər, səninçün o summa nədir ki?
Demək birinci məhkəmədə mənim 8 min pulumu aldılar, indi də məcbur edərək 18 min ödətdirmək istəyirlər. Burada hakimlə katibin marağı nədir?
Şahin Sultanzadə bu cür “xidməti” qarşı tərəfə nəyin müqabilində göstərir? Bax bu özü maraqlı faktdır. Bunun detallarını mən gözəl bilirəm. Belə ki, Elxan Əmirəliyevin heç bir savadı olmaya-olmaya Şahin Sultanzadəni özünə nəyə görə katib götürdüyünü Cəlilabadda hamı bilir.
Əgər Şahinlə dil tapa bilsən, səninçün lap ölüm işini də bağlaya bilər. Mənim işimdə isə, o açıq-aşkar qarşı tərəfə vəkillik etdi və işi elə qurdu ki, mən uduzaraq, qarşı tərəfə çoxlu pul ödəyim. Belə işləri Şahin havayı görmür, bunu Cəlilabadda hamı bilir.
Məni təəccübləndirən odur ki, Şükürov Bəşir ərizə yazaraq məhkəməyə təqdim etdi ki, 8 mini aldım, razılaşdım, daha heç bir iddiam yoxdur. İkimiz də Elxan Əmirəliyevin məhkəmə zalında katib Şahin Sultanzadənin iştirakı ilə həmin ərizələri yazıb ona verdik. Bəs Bəşir öz əli yazıb qol çəkirsə ki, 8 mini aldım, niyə bir müddət sonra iddia qaldırır ki, almamışam?
Mən məhkəmə binasına gələrək Şahin Sultanzadədən tələb etdim ki, Bəşirlə yazdığımız 8 minin qaytarılması barədə ərizələrimizin surətini mənə versin. Lakin Şahin Sultanzadə mənə dedi ki, həmin ərizələr itmişdir! Məhkəmədə sənəd necə itə bilər? Əlbəttə, ərizələri Sahin qəsdən yoxa çıxartmışdır ki, bu da cinayət əməli sayılır.
Mən dərdimi rayonda çox adamlarla bölüşdüm və bir çox mətləblər mənə aydın oldu. Sən demə, bu Şahin Sultanzadənin köhnə metodikasıdır: o, işin içindəki sənədləri oğurlayıb cırır ki, qarşı tərəf işi uda bilsin.
Şahin Sultanzadə məhkəmədə çəkişən tərəflərin hansı biri ilə “razılığa” gəlirsə, qarşı tərəfin təqdim etdiyi tutarlı sənədləri işin içindən çıxardıb gizləyir, ya da cırıb yox edir. Ki qarşı tərəfin dəlilləri kifayət qədər olmasın, tutarlı müdafiə olunmasın və nəticədə lazım olan tərəf, yəni “xeyir” verən tərəf işi qazansın. Şahin Sultanzadə dəfələrlə bu çirkin metodlardan istifadə etmişdir və bunu rayonda çoxları bilir. Mənim də başıma bu oyunu açdı.
Şahin Sultanzadə həm də bunu ona görə edir ki, işi yoxlayan prokurorluq və ədliyyə orqanları işi tam araşdırıb ədaləti üzə çıxara bilməsinlər, elə görüntü yaransın ki, qarşı tərəf həqiqətən də sənəd və dəlilləri kifayət qədər olmadığı üçün məhkəməni uduzub.
Mən aidiyyəti dövlət orqanlarından soruşuram: dünyanın hansı ölkəsində bu cür çirkin üsullarla, camaatın evini yıxmaqla pul qazanırlar? Və bizə maraqlıdır ki, Şahin Sultanzadə bəs nə vaxt cəzalandırılacaq? Cəlıilabad Məhkəməsində bu özbaşınalıqlara nə vaxt son qoyulacaq?
Mən indi işi Apelyasiya Məhkəməsinə verməliyəm və aylarla sürünməliyəm. Nədi-nədi Elxanla onun katibi Şahin qaz vurub, qazan doldurlrlar, pula dəhşətli dərəcədə ehtiyacları var!
Birinci məhkəmədə Şahin Sultanzadə bizə hökmən dirəşdi ki, ərizə yazaraq ilkin iddiamın baxılmamış saxlanmasını xahiş edim. Mən buna etiraz etdim. Belə ki, mübahisəli iş olduğundan birbaşa qətnamə çıxarılmasını istəyirdim. Amma Şahin Sultanzadə çox çək-çevirlərdən sonra mənə həmin ərizəni yazdırdı. Mənim bu işlərdən başım çıxmadığımdan uzun-uzadı başa saldı ki, qanunla belə olur. Amma sonradan başa düşdüm ki, bunu nə məqsədlə edirmiş. Mən indi başa düşmüşəm ki, Şahin Sultanzadə niyə işə baxılmamış saxlanmasını istəyirmiş. Məhkəmə işçisi adamı məcbur edə bilərmi ki, işə baxılmamış saxlanması üçün ərizə yaz? Əgər işə baxılmayacaqdısa, biz niyə məhkəməyə müraciət edib, işin araşdırılmasını istəmişdik və aylarla məhkəməyə gedib gəlmişdik?
İndi nə qədər gedib gəlsəm də, Cəlilabad Məhkəməsinin hegemon katibi Şahin Sultanzadədən yazdığımız ərizələrin surətini ala bilmirəm. Gah deyir itib, gah deyir vermirəm, get hara şikayət eləyirsən elə.
Hörmətli cənablar!
Prezident Aparatından, Ədliyyə Nazirliyindən və Baş prokurorluqdan xahiş edirəm ki, həmin ərizələrin surətini Şahindən alınaraq mənə verilməsini təmin etsinlər.
Şahin Sultanzadə bu ərizələri ona görə gizlədib ki, mən Apelyasiya şikayəti verəndə uduzum, əlimdə kifayət qədər dəlillər olmasın.
Xahiş edirəm ki, aidiyyətlı dövlət orqanları Şahin Sultanzadənin işi niyə birtərəfli aparmasına, tərəflərdən birinə nəinki vəkillik, hətta lobbiçilik dərəcəsində “krışalıq” etməsinə aydınlıq gətirsinlər və Cəlilabad sakinlərini bu başa bəla katibin zülmündən qurtarsınlar. Eyni zamanda xahiş edirəm ki, Şahin Sultanzadə dövlət sənədlərini saxtalaşdırdığı və yox etdiyi üçün cinayət məsuliyyətinə cəlb edilsin.
Tacəddin Əsədov
Cəlilabad rayon sakini
(Çapa hazırladı: Elçin Məmmədli)