Mayorkada ukraynalı dənizçi rusiyalı maqnat, “Rosoboronexport”-un baş direktoru Aleksandr Mixeyevə məxsus 7 milyon avro dəyərində olan yaxtanı batırmağa çalışıb.
“Evropeyskaya pravda” bu barədə İspaniya mətbuatı, xüsusən də “La Vanguardia” istinadən məlumat yayıb.
Yerli təhlükəsizlik qüvvələri fevralın 26-da ukraynalını yaxtada bir neçə klapanı açdıqdan sonra saxlayıb, nəticədə yaxta qismən su altında qalıb.
Yaxtada, təxminən 10 il işləmiş ukraynalı məhkəmə qarşısında verdiyi açıqlamada Rusiyanın Ukraynaya hücumu, xüsusən də Kiyevdə bir yaşayış binasına Rusiya raketinin düşməsi ilə bağlı görüntüləri gördükdən sonra gəmini batırmağa cəhd etmək qərarına gəldiyini bildirib.
55 yaşlı ukraynalı Taras Ostapçuk həmin görüntüləri gördükdən sonra əksəriyyəti ukraynalı olan digər dənizçilərdən gəmini tərk etməyi xahiş edib və yaxtanı su basması üçün klapanları açmağa başlayıb. Onlar onun “dəli” olduğunu qışqırmağa başlayıblar və o, onların da ukraynalı olduqlarını və vətənlərinin hücuma məruz qaldığını xatırladıb, həmçinin bütün məsuliyyəti öz üzərinə götürəcəyini də bildirib.
“Diario de Mallorca” nəşri bildirir ki, Ukrayna vətəndaşı hakimi əmin edib ki, o, Mixeyevin rəhbərlik etdiyi korporasiyanın silahlarından Ukraynaya və Ukrayna xalqına hücum etmək üçün istifadə olunduğu üçün bunu etməyə məcbur olub.
Nəşrin məlumatına görə, polis gələndə matros onlara bu sözləri deyib “Bu gəminin sahibi silah sataraq pul qazanan cinayətkardır, indi də ukraynalıları öldürürlər”.
Bazar günü həbs olunan dənizçi məhkəməyə gəlsə də, hakim onu elan edilmiş ittihamlarla azadlığa buraxıb.
Xatırladaq ki, “Lady Anastasia” 2001-ci ildə hazırlanmış uzunluğu 48 metr olan lüks yaxtadır.
JASMİN