Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinın direktoru Vüsal Talıblı olsa da, müəssisəni baş meşəbəyi Yusif Məmmədov idarə edir.

Məlumata görə, buna səbəb V.Talıblının meşə sahəsində naşı kadr olması (ixtissası meşə sahəsinə tamamilə yaddır) və ağacların cinsini belə tanımamasıdır.

Bildirilir ki, Sabirabad RMTM-nin müxtəlif meşəbəyliklərində olan dövlət meşə fondu torpaqları kənd təsərrüfatı bitkiləri əkmək məqsədilə ayri-ayrı vətəndaşlara qeyri-qanuni yolla satılıb.

2021-ci il tarixdə baş meşəbəyi Yusif Məmmədovun göstərişi ilə dövlət meşə fondu torpaqlarından qeyri-qanuni yolla istifadə edən vətəndaşlardan bir neçəsinin üzərinə "pul qoparmaq" məqsədilə akt yazılıb. Yəni onları qorxutmaq məqsədilə. Üzərlərinə akt yazılan sözügedən vətəndaşlar sonra mərkəzə çağırılaraq onlarla razılaşıblar.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN