Azərbaycanda deputatın şirkətinə cərimə protokolu yazılıb.

Əldə etdiyimiz məlumata görə, “Avromed Company” QSC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, iş hakim Nəriman Mehdiyevin icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Xatırlatma: Bu xətaya görə, fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd: “Avromed Company” QSC Milli Məclisin deputatı, iş adamı Cavanşir Feyziyevə məxsusdur. Şirkət 2002-ci ilin aprelindən fəaliyyətə başlayıb. QSC Azərbaycana xaricdən dərman gətirən şirkət kimi məşhurdur.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN