Böyük Britaniyanın Rusiyaya qarşı sərt sanksiyalar tətbiqi və Ukraynaya bütün lazımi dəstəyi verdiyi bir məqamda ölkənin müdafiə naziri Bakıya gəlib...

Hərbi ekspertlər sosial platformalarda bu səfərə maraqlı şərhlər verirlər... Belə ki, Böyük Britaniyanın müdafiə naziri Ceyms Happy Bakıda bir günlük səfərə gəlib. Bu, Böyük Britaniyanın müdafiə nazirinin Azərbaycana ilk səfəridir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi  məlumat yayıb. Səfər çərçivəsində nazir Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçiriləcək. Əsas müzakirə mövzuları Böyük Britaniya və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları, Ukraynadakı vəziyyət, Ermənistan və Azərbaycan arasında həll olunmamış problemlər və sülh prosesinin vəziyyəti olacaq. Nazir minatəmizləmə sahəsində əməkdaşlığı da müzakirə edəcək.

Ukrayna-Rusiya müharibəsinin bu mərhələsində Britaniyalı nazirin Rusiyanın müttəfiqi olan Azərbaycana səfəri olduqca maraqlıdır. Deməli, Azərbaycan yeni reallıqların yaradıldığı bir ölkəyə çevrilməkdədir...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN