"Milli Məclisin sədri Sahibə Qafarova erməni yalanlarının ifşası, ermənilərin Azərbaycana qarşı qərəzli mövqeyinin qarşısının alınmasında beynəlxalq səviyyədə hər zaman fədakarcasına vuruşub. Son iki il ərzində də Azərbaycan parlamenti uğurlu yol keçib, xüsusilə də beynəlxalq münasibətlər sistemində layiqli yerini tutub. Qoşulma Hərəkatının parlamentləri təsisatının həyata keçirilməsində istər pandemiya, istərsə də Vətən müharibəsi dövründə ümumilikdə beynəlxalq münasibətlər sistemində, xarici siyasətdə Milli Məclisin sədri xanım Sahibə Qafarovanın ciddi fəaliyyəti danılmazdır. Sözsüz ki, Sahibə Qafarova sədr olduğu müddətdə ermənilərə qarşı hər zaman amansızcasına vuruşub".

Bunu açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputatın fikrincə, Sahibə Qafarovanın Ermənistan parlamentinin sədri ilə müzakirədə “Azərbaycan SSR” ifadəsini işlədərək texniki səhv etməsi müəyyən qüvvələr tərəfindən şişirdilib: "Halbuki orada ən vacib məqam Ermənistanın parlament sədrinin yerində otuzdurulması, ona layiqli cavabın verilməsi, ermənilərin yalanlarının ifşası idi. Bütün bunları kənara qoyaraq xırda texniki səhvi gündəmə gətirmək doğru deyil. Görünür, həmin qüvvələr bunu sosial şəbəkələr üzərindən gündəmə gətirməklə Simonyanlara, Paşinyanlara çalışırlar. Fikrimcə, daha böyük işlərdən danışmaq lazımdır. Əsas odur ki, Sahibə Qafarova həmin görüşdə erməni yalanlarını ifşa edərək həqiqətlərin dünyaya çatdırılmasında bir daha öz mövqeyini ortaya qoydu".

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən MDB PA Şurasının iclasında iştirak edib.

Milli Məclisin spikeri iclasda Ermənistan parlamentinin spikeri Alen Simonyanın iddialarına cavab verərkən Azərbaycandan “Azərbaycan SSRİ” deyə bəhs edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN