Xəbər verdildiyi kimi, ötən gün Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan saxlanılıb.

Ermənistan mətbuatında A.Piloyanın saxlanma səbəbləri barədə xəbərlər dərc edilib. İddia olunur ki, onun evində axtarış zamanı idarənin balansında olan qaz qazanı aşkar edilib.

Bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsində araşdırılan cinayət işi çərçivəsində 150 ​​nəfər dindirilib. İşin materiallarına görə, nazirliyin müxtəlif rütbəli məmurları işçiləri rüşvətlə işə götürüblər. Bəziləri qızıl zəncirləri və digər bahalı hədiyyələri “təşəkkür” əlaməti kimi qəbul ediblər.

İstintaq zamanı dindirilənlərin çoxu nazirin adını korrupsiya şəbəkəsinin iştirakçısı kimi çəkib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN