Korrupsiya ilə bağlı cinayət işində təqsirləndirilən Ermənistanın keçmiş polis rəisi Vladimir Qasparyan ölkəni tərk edib.

Bu barədə ölkənin “Joxovurd” qəzeti yazıb.

Bildirilir ki, keçmiş polis rəisinə qarşı bir neçə maddə üzrə ittiham irəli sürülüb. Bunlar “çirkli pulların yuyulması”, “mənimsəmə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə etmək” və s. kimi maddələrdir. İstintaq Qasparyanın 4 milyon dollar həcmində çirkli pulları yumaqda təqsirli bilir.

Qəzet yazır ki, Qasparyan ölkədən getməmək barədə yazılı şəkildə öhdəlik götürüb. Bununla belə, yanvar ayında ona bildirilib ki, iş Ermənistan Baş prokurorunun tapşırığı ilə əlavə istintaqa göndərilib. Bununla yanaşı, məhkəmədə onunla bağlı digər bir işə baxılsa da, bu, ona ölkədən getməyə əngəl törətməyib.

Nəşrin məlumatına görə, Qasparyan hazırda Moskvadadır. Ölkənin Baş Prokurorluğundan isə bildirilib ki, məhkəmə Qasparyanın müalicə almaq üçün xarici ölkəyə getməklə bağlı keçmiş rəisin vəkillərinin vəsatətini təmin edib. Prokurorluq bununla razılaşmasa da, məhkəmə öz razılığını verib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN