Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb ki, külək Bakıdakı 278 nömrəli tam orta məktəbin dam örtüyünü zədələyib və tezliklə binanın dam örtüyü yenidən təmir olunacaq.

Məlumatlara görə, həmin məktəb 14 il əvvəl təmir olunub, amma bu, onun dam örtüyünün uçmasına əsas verirmi?..

Xatırladaq ki, elə ötən ilin mart ayında da külək bu məktəbin dam örtüyünə zədələmişdi,  həm də yalnız 278 nömrəli məktəbin deyil, 319 nömrəli məktəbin damını da.

Araşdırdıqda məlum oldu ki, əvvəlki illərdə də dəfələrlə bu məktəbin dam örtüyünü külək zədələyib, uçurub. Hər dəfə də məktəbin damı təmir olunub. Amma necə təmir olunubsa...

Axırıncı dəfə 2008- ci ildə təmir olunduğu deyilən məktəbin damının tez-tez üçması küləyin gücündəndir, yoxsa dam örtüyünün keyfiyyətsiz təmirindəndir? Axı bu məktəb cəmi 1 il əvvəl də dam örtüyü uçma səbəbindən təmir olunmuşdu.

Hər dəfə məktəbin təmir işlərini həyata keçirən hansısa tikinti şirkəti, hansı tikinti materiallarından istifadə edərək başdansovdu təmir işləri aparırsa, hər güclü küləkdən sonra dam örtüyü qopur, necə deyərlər, artıq öyrəncəli olub.

Və nəticədə həm insanların həyatı təhlükəyə atılır, həm dərs prosesi pozulur, həm də dövlətin ayırdığı pullar havaya sovrulur.

Ona görə də bu dəfəki təmir xərcləri, dam örtüyünün təmirini əvvəllər həyata keçirmiş şirkətin hesabına həyata keçirilməlidir ki, bu onlara dərs olsun.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN