ABŞ-ın dağılması qaçılmazdır və bu, nə qədər geciksə, dünya üçün bir o qədər ağır nəticələr olacaq.

Tezadlar.az xəbər verir ki, bunu “RİA Novosti” ilə söhbətində keçmiş amerikalı diplomat Jim Jatras deyib.

Onun sözlərinə görə, çöküşün qarşısını almaq mümkün deyil və bu, nə qədər gec baş verərsə, nəticələri bir o qədər pis olacaq. O xatırladıb ki, SSRİ minimal zorakılıqla dağılıb, lakin ABŞ bununla bütün dünyanı sürükləyə, böyük müharibəyə səbəb ola bilər. Keçmiş diplomat ABŞ-dakı vəziyyəti Sovet İttifaqının son illəri ilə də müqayisə edib.

“Biz “Brejnev durğunluğu” adlandırıla biləcək uzun bir dövrdən keçirik. Vaxtilə Qorbaçov sistemi silkələməklə onu xilas etməyə çalışsa da, sonda qarşısını almaq istədiyi çöküşün katalizatoru oldu. Tramp müəyyən mənada Qorbaçova bənzəyən fiqurdur. O, xarizması və sistemi sarsıtmaq cəhdləri ilə Amerika imperiyasını xilas edə biləcəyinə inanır. Lakin bu, yalnız sabitliyin daha da pozulmasına gətirib çıxaracaq”, - Jatras deyib.

Diplomat onu da qeyd edib ki, bu gün Vaşinqtonun aşkar geosiyasi rəqibi yoxdur. Jatras indiki vəziyyətdə Rusiya, İran və Çinin ABŞ-a münasibətdə necə hərəkət edəcəyi ilə maraqlanıb.

O, həmçinin bildirib ki, Donald Trampın prezidentliyi dövründə ABŞ və Rusiya arasında münasibətlərdə əhəmiyyətli irəliləyişlər gözləmək lazım deyil.

Bundan əvvəl ABŞ dünya səhnəsində Bayden və Blinkenin ikiüzlülüyünü bəyan etmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN