Primorsk diyarının Xasanski rayonunun Barabaş kəndi yaxınlığında avtomobil Amur pələngini vurub.

Tezadlar.az xəbər verir ki, bu barədə dekabrın 25-də Bəbirlər ölkəsi qoruqlarının idarəsi məlumat yayıb.

"Vəhşi heyvan toqquşmadan sağ çıxıb və meşədə yoxa çıxıb - kvadrokopterdən istifadə etməklə axtarış aparılır", – Qoruğun mətbuat xidməti Telegram kanalında deyib.

Onlar qeyd ediblər ki, yırtıcı heyvanın aldığı xəsarətlər onun həyatı üçün təhlükə yarada bilər.

Məlumatdan da belə çıxır ki, sürücü avtomobili qaranlıqda idarə edib və nəqliyyat vasitəsinin sürəti icazə verilən həddi keçməyib. Sürücü pələngin avtomobilin qabağında yola tullandığını və kəskin əyləci basdığını görsə də, toqquşmadan yayına bilməyib.

Qəzadan sonra pələng meşədə yoxa çıxıb və avtomobilin sürücüsü hadisə barədə müvafiq xidmətlərə məlumat verib.

“Bəbir Yurdu” Təbiət Qoruğu İdarəsinin mətbuat xidməti sürücüləri nadir heyvan növlərinin məskunlaşdığı ərazilərə yaxın olan yollarda hərəkətdə olarkən xüsusilə diqqətli olmağa çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN