Hikmət Xudiyev: “Nəzərə almalıyıq ki, nəzarətedici qurumlar minlərlə müəssisə və evlərdə gündəlik nəzarətetmə imkanına malik deyillər.”

Fövqəladə Hallar Nazirliyi 2021-ci il ərzində Azərbaycanda 14953 yanğına çıxış hadisəsinin (2020-ci lldə 14503 - red) qeydə alındığını, təhqiqatı aparılan yanğınların sayının 2092, yanğın hadisələri zamanı 38 nəfərin həlak olduğunu, 129 nəfərin isə xəsarət aldığını (2020-ci ildə 119 - red) açıqlayıb.

2022 -ci ilin 3 ayı ərzində ən səs- küylü yanğın hadisəsi 3 aprel  tarixdə, gecə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən “LocationBaku”gecə klubunda baş verən  partlayış – yanğın hadiisəsidir. Hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub. Partlayış nəticəsində 40-dək insan yaralanıb, 2 nəfər ölüb, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib...

Qeyd edək ki, aprelin 5-də sutka ərzində Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfibdən 124 yanğına çıxış və 7 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Onlardan biri uşaq olub.

Və göründüyü kimi, yanğın hadisələri artan xətt üzrə, həm də can almaqda davam edir.  Bəs görəsən, yanğın hadisələrinin sayının  artmasına səbəb nədir və niyə bu halların qarşısını vaxtında almaq olmur?

"Təzadlar"ın sualını FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin sabiq rəisi, istefada olan polkovnik, tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Hikmət Xudiyev cavablandırdı.

 “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli hadisələrdən, o cümlədən, yanğınlar və partlayışlardan mühafizə olunması üçün kifayət qədər məqsədyönlü işlər görür. Lakin, bəzi hallarda “Yanğın təhlükəsizliyi haqqında” Qanunun 6-cı maddəsində yanğın təhlükəsizliyi ilə əlaqədar müəssisə rəhbərlərininin üzərinə qoyulmuş vəzifələr tam yerinə yetirilmədikdə, həmçinin vətəndaşlarımız tərəfindən həmin qanunun 7-ci maddəsində yanğın təhlükəsizliyi sahəsində vətəndaşlarımızın üzərinə düşən vəzifələr, onlar tərəfindən tam əməl edilmədikdə, bir sıra yanğın və partlayış hadisələri baş verir”, - deyə vurğuladı. 

Hikmət Xudiyev  qeyd etdi ki, ““Sahibkarlıq fəaliyyəti haqqında” Qanunda da yanğın təhlükəsizliyi ilə əlaqədar müəssisə rəhbərlərininin üzərinə müvafiq vəzifələr qoyulur”.

“Təəssüf ki, bu vəzifələr tam icra olunmur. Hər bir vətəndaş, müəssisə rəhbəri yanğın təhkükəsizliyi ilə bağlı qarşısında duran vəzifələri tam məsuliyyətlə yanaşmalıdırlar. Nəzərə almalıyıq ki, nəzarətedici qurumlar minlərlə müəssisə və evlərdə gündəlik nəzarətetmə imkanına malik deyillər”, - deyə bildirdi.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN