Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumata görə, başsağlığında deyilir: "Qardaş Türkiyə Silahlı Qüvvələri tərəfindən "Pənçə-Kilit" əməliyyatının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.

Şəhid olan hərbi qulluqçuya rəhmət diləyir, onun yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri aprelin 17-dən etibarən İraqın Şimalında "Pənçə-Kilit" əməliyyatına başlayıb.

Məlumata görə, İraqın şimalından təhlükəsizlik qüvvələrinə və dinc sakinlərə yönəlmiş təhdidlərin qarşısının alınması, sərhəd nəzarətinin bərpa edilməsi məqsədilə aparılan əməliyyatda xeyli terrorçu zərərsizləşdirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN