Vətən müharibəsi şəhidi Sehriman Əliyevin doğum günündə xatirəsi yad edilib. Şəhidin Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

Əliyev Sehriman Rəhman oğlunun anım mərasimində şəhidin ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, məktəb kollektivi, döyüş yoldaşları, qazilər, veteranlar, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra çıxış edənlər S.Əliyevin vətənpərvərliyindən və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açıblar. Bildirilib ki, Sehriman Əliyev 1990-cı il aprelin 17-də Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində anadan olub. Hələ yeniyetmə çağlarından hərbiyə maraq bəsləyən Sehriman 2008-ci ildə həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. Xidmətini müvəffəqiyyətlə başa vuraraq, ordu sıralarından tərxis olan Sehriman Əliyev bir müddət mülki işdə çalışsa da, 2016-cı ilin Aprel döyüşlərindən sonra öz işindən imtina edərək, könüllü ordu sıralarına qayıdıb, tankçı kimi vətənin keşiyində dayanıb.

Vətən müharibəsi başlayan gündən döyüşlərdə qəhrəmanlıqla iştirak edən Sehriman Əliyev düşmən cəbhəsinin yarılmasında xüsusi igidlik göstərib. Sentyabrın 29-da Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlib.

Xatırladaq ki, Sehriman Əliyev döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN