Hərbi əməliyyatlar başlayandan bəri Ukraynanı tərk edən insanların sayı 5 milyon nəfəri ötüb.

Bu barədə məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) yayıb.

Beynəlxalq Miqrasiya Təşkilatının təmsilçisi Antonio Vitorino bildirib ki, Ukrayna daxilində yaşayış yerini tərk etməyə məcbur qalmış insanların sayı 7,1 milyona çatıb.

Beynəlxalq təşkilatlar BMT Təhlükəsizlik Şurasının iclası üçün qaçqınlarla bağlı vəziyyəti əks etdirən hesabatları təqdim ediblər. Hər iki qurum Ukraynadan humanitar vəziyyətin pisləşməsindən narahatlıq ifadə edib, qaçqın və məcburi köçkünlərin sayının artacağının gözlənildiyini bəyan ediblər. Qeyd olunub ki, Ukraynada uşaqların yarıdan çoxu yaşayış yerini tərk etmək məcburiyyətində qalıb və qaçqınların psixososial durumu ciddi narahatlıq doğurur.

Beynəlxalq Miqrasiya Təşkilatından bildirilib ki, Ukraynanın özü ilə yanaşı, Polşa, Rumıniya, Litva və Slovakiyada məlumat və dəstək məqsədilə “qaynar xətt” yaradılıb, eləcə də üçüncü ölkə vətəndaşlarına müvafiq konsulluq xidmətlərinə çıxışın asanlaşdırılması, məlumat mübadiləsi, məsləhət xidməti, nəqliyyat, tibbi yardım və mənşə ölkələrə qayıdış üçün fəaliyyət təşkil olunub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN