Bu ilin yanvar-mart ayları ərzində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində əlilliyi olan 6,9 mindən çox şəxsə xidmətlər göstərilib. Onlar effektiv təsirə malik fizioterapevtik müalicə prosedurlarına cəlb edilib, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərlə əhatə olunublar.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin dövrdə əlilliyi olan şəxsləri 13,1 min reabilitasiya vasitəsi ilə təmin edilib.

Müharibə əlillərinin yüksək texnologiyalı protezlə təminatı sahəsində 2020-ci ilin dekabrından başlanan işlər bu ilin ilk rübündə də aparılıb. Ümumilikdə həmin vaxtdan 270 nəfər müharibə əlili (o cümlədən 44 günlük Vətən müharibəsində yaralanmış 200-dək hərbçi) 290 ədəd yüksək texnologiyalı 4-cü nəsil müasir protezlə təmin olunub.

Bu ilin ilk rübündə əlilliyi olan şəxslərə arzu etdikləri vaxtda reabilitasiya xidmətlərindən yararlanmaq üçün qeydiyyata alınmaq imkanı - “Elektron rezervasiya” sistemi yaradılıb. Artıq 3,8 minə yaxın şəxs həmin sistemdən faydalanıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN