Masallı rayonunun Güllütəpə kənd sakini Tarverdiyev Nicat Ağamalı oğlu ƏƏSMN-nin Masallı şöbəsindən şikayətçidir.

Şikayətçinin bildirdiyinə görə, ailəsinin tərkibi 6 nəfərdən ibarətdir: ata, həyat yoldaşı, bacısı və 3 övladı. Ailədə heç kim işləmir, başqa yerdən gəliri də yoxdur, yalnız övladlarının ikisi xəstə olduqları üçün onlara sosial müavinət verilir.

N.Tarverdiyev bildirir ki, dəfələrlə ünvanlı sosial yardım almaq üçün lazım olan sənədləri toplayaraq ƏƏSMN-nin Masallı şöbəsinə təqdim edib, amma buna baxmayaraq, ona imtina cavabı gəlir.

Şikayətçi qeyd edir ki, onun mal-qarası yoxdur, yalnız adın da 0.28 ha pay torpağı var.

N.Tarverdiyev üzləşdiyi problemlə bağlı ölkə başçısından kömək istəyir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN