Rusiya 57 gündə təqribən 21 min 200 nəfərədək hərbçisini itirib...

Bu gün Ukraynada başladılan müharibənin 58-ci günüdür.

“Ukrainskaya pravda”nın məlumatına görə, Xerson vilayətində işğalçılar kişilərin səfərbər olunduğunu elan edərək, qondarma “referendum” və “siyahıyaalma”nı planlaşdırırlar. Mariupol yaxınlığında,  ehtimala görə, rusların 9 minə qədər insanı dəfn etdiyi bir neçə 30 metrlik kütləvi məzarlıq tapılıb.

Xristianların şərq ayinlərində Xeyirli Cümə günü davam edir – hansı ki, bu gündə möminlər Məsihin ölümünü xatırlayır və Pasxa bayramına hazırlıqları davam edir. Lakin Rusiya Pasxa atəşkəsi yaratmaq təklifini rədd edib.

Ukrayna hərbi qüvvələri düşməni dəf edir, azadlıqlarını və müstəqilliklərini qoruyurlar.

Qeyd edək ki, bu gün Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın itkiləri barədə yeni siyahısını dərc edib.

Siyahıda 24 fevraldan 22 aprelə qədər Rusiyanın ümumi canlı qüvvəsinin və döyüş texnikasınln itkiləri qeyd edilib:

Hərbçilər - təxminən 21,200 nəfər, tanklar - 838 ədəd, zirehli döyüş maşınları - 2162 ədəd, artilleriya sistemləri - 397 ədəd, MLRS - 138 ədəd, hava hücumundan müdafiə sistemləri - 69 ədəd, təyyarə - 176 ədəd, helikopterlər - 153 ədəd, avtomobil avadanlığı - 1523 ədəd, gəmilər / qayıqlar - 8 ədəd, yanacaq və sürtkü yağları olan çənlər - 76, əməliyyat-taktiki səviyyəli PUA - 172, xüsusi avadanlıq - 27  və işə salma qurğuları OTRK / TRK - 4 ədəd.

Xatırladaq ki, 2 aya qədər müddətdir davam edən bu müharibəni hələ də dayandırmaq mümkün olmayıb.

 Müharibə isə can almaqda davam edir...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN